Nəsimi rayonunda “Qələbəyə gedən yol” tədbiri keçirildi – Fotobackend

Nəsimi rayonunda “Qələbəyə gedən yol” tədbiri keçirildi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətində 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.

Editor.az xəbər verir ki, tədbirdə Azərbaycan Tibb Univresitetinin hərbi-tibb fakültəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, rayon məktəblərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, Aprel döyüşləri şəhidlərinin ailə üzvləri, Aprel döyüşləri iştirakçıları, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Dövlət Nəfəsli Alətlər Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, sinələrində 2 Aprel döyüşləri şəhidlərinin şəkillərini tutmuş Nəsimi rayonunun 8, 23 və 42 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri zala daxil olaraq vətənə və torpağa sədaqət andı içiblər.

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin güc və rəşadətindən bəhs edən video çarxın nümayişi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri olub. Qeyd olunub ki, Aprel döyüşlərində əldə etdiyimiz qələbədə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi-tibb polkovniki, ”Əməkdar həkim” Çingiz Əlləzov Azərbaycan Silahlı Qüvvələrinin Vətənimizin torpaqlarının müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışıb.

Tədbirdə Azərbaycan Müdafiə Nazirliyi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırlanmış “Azərbaycan əsgəri” mahnısı və klipi tamaşaçılara təqdim olunub.