İŞİD-in ikinci lideri öldürüldü

12:59 | 15 Aprel, 2019

İŞİD terror təşkilatının Somali üzrə ikinci lideri Abdihakim Qüdhüb hava hücumu nəticəsində öldürülüb.

Somalinin İskushuban qəsəbəsində İŞİD mövqelərinə hava hücumu təşkil edilib.

Hücum zamanı İŞİD-in Somali üzrə ikinci lideri Abdihakimin olduğu avtomobil karvanı atəşə tutulub və məhv edilib.

Hücum zamanı Abdihakimin köməkçiləri və cangüdənləri də öldürülüb.

//Teleqraf.com