Bakı merinin iki ay əvvəl təmizlədiyi yol yenidən zəbt olundu – Videobackend

Bakı merinin iki ay əvvəl təmizlədiyi yol yenidən zəbt olundu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iki ay əvvəl küçədən yığışdırtdığı stol-stullar yenidən öz yerində peyda olub.

7news.az saytının yaydığı xəbərə görə, fevral ayında sakinlərin şikayəti əsasında Bakının mərkəzində, “Tarqovı”da fəaliyyət göstərən “PASSAGE 145” restoranının vətəndaşların gediş-gəliş yolunu zəbt edərək küçəyə düzdüyü stol-stullar götürülmüşdü.

Bu günlərdə restoran yenidən küçəni tutub.  Təqdim olunan videodan da aydın olur ki, sakinlər üçün nəzərdə tutulan yol qəlyanxanaya çevrilib.