Bakıda bağ evində yanğın – Ev sahibi yanaraq öldü

09:53 | 23 Aprel, 2019

Hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Xəzər rayonu, Zulkayday Zulkaydayev küçəsində gecə saat 05 radələrində Məmmədov Qurban Məmmədtağı oğluna məxsus evdə qəfil yanğın baş verib.

Hadisə nəticəsində ev sahibinin ailə üzvləri evdən çıxsa da, 1961-ci il təvəllüdlü Q.Məmmədov evdə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir ki, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

//Trend

Mövzunu Facebookda şərh et