backend

Azərbaycanda saxlanılan erməni diversantdan xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndələri iyulun 1-də bir müddət əvvəl Azərbaycanının səlahiyyətli orqanları tərəfindən saxlanılan Ermənistan vətəndaşına baş çəkib.
 
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, başçəkmə BQXK-nin standart proseduralarına uyğun həyata keçirilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 20-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.
Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.
 
//APA