Qazaxıstanda ağır yol qəzası: 9 ölübackend

Qazaxıstanda ağır yol qəzası: 9 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Almatı vilayətində iki minik avtomobili toqquşub.

Almatı-Bişkek avtomobil yolunun 109-cu kilometrində baş verən toqquşma nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub.

Bildirilir ki, həlak olanlar Almatı, Çimkənd şəhərlərinin, Türküstan və Almatı vilayətlərinin sakinləri olub.

Məlumata əsasən, “Lada” avtomobilinin sürücüsü idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılıb.

//Trend