Ermənistanda Rusiya bayrağını tapdalayan şəxs qubernator təyin olundu

17:12 | 13 May, 2019

Ermənistanda ötən il Araqatsotn vilayətinin qubernatoru təyin olunmuş David Gevorqyanın bir neçə il əvvəl etiraz aksiyası zamanı Rusiya bayrağını tapdaladığı məlum olub.

4 il əvvəl D.Gevorqyan Rusiya səfirliyi qarşısında etiraz aksiyasında iştirak edib.

Etirazçılar Rusiya bayrağını yandırmaq istəsələr də, polis bu addıma imkan verməyib və bu zaman indiki qubernator bayrağı tapdalayıb.

Ermənistan parlamentində müxalif “İşıqlı Ermənistan” partiyasının deputatı Edmon Marukyan hökumətdən bu şəxsin qubernator təyin olunması ilə bağlı izahat tələb edib.

//trend