İnterpol Bakıda qətl törədən azərbaycanlı barədə beynəlxalq axtarış elan etdi

23:35 | 24 May, 2019

İnterpol Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsi axtarışa verib.

axtarışa verilən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Xalid Tağıyev qəsdən adam öldürməkdə günahlandırılıb.

X.Tağıyev barəsində cinayət işi başlansa da, o, istintaqdan yayınıb. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib və barəsində axtarış elan edib.

İnterpol həmin qərar əsasında X.Tağıyev barəsində beynəlxalq axtarış elan edib.

//Trend