Putin Rusiyada aeroporta Fərman Salmanovun adını verdibackend

Putin Rusiyada aeroporta Fərman Salmanovun adını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putin Rusiya aeroportlarına vətən qarşısında xüsusi xidmətlərinə görə fərqlənmiş şəxslərin adını verib.
Editor.az xəbər verir ki, müvafiq sənəd prezidentin rəsmi portalında dərc edilib.
Surqut şəhər Beynəlxalq Aeroportuna isə tanınmış neftçi, Qərbi Sibir neftinin ixtiraçısı, “Qlavtumengeologiya”nın əfsanəvi rəhbəri Fərman Salmanovun adı verilib.
Moksvanın Vnukova aeroportuna təyyarə dizayneri Andrey Tupolevin, Domodedovo aeroportuna alim Mixail Lomonosovun, Şeremetyevo aeroportuna isə şair Aleksandr Puşkinin adı verilib.
Xatırladaq ki, Fərman Salmanovun birbaşa iştirakı ilə Qərbi Sibirdə, o cümlədən, Urenqoysk və Yamburqsk yataqları daxil olmaqla, böyük neft yataqları tapılıb.