“Çalışıram ki, sağalam, Zəhra çox balacadır” – Tünzalə

14:40 | 11 İyun, 2019

Xərçəng xəstəliyi ikinci dəfə metastaz verən Əməkdar artist Tünzalə Əliyeva xəstəliyindən danışıb.

O, “ATV maqazin onlarla” proqramına müsabihəsində sağalmaq istədiyini bildirib:

“Depressiyaya düşmürəm, özümdə güc tapmışam, çalışıram ki, ayaq üstdə duram, sağalam. Çünki hələ Zəhra çox balacadır.

Müalicəmin nəticəsini 6 aydan sonra biləcəm. Çanaqda, boğazda və mədəaltı vəzdə şişlər var. MRT olub, yoxlayacağıq görək, şişlər balacalaşıb, ya yox. Kimyaterpaiya ağırdır deyə, saçlarım tökülüb. Həyat yoldaşım Röyal, qayınatam və qardaşım mənə dəstək üçün saçlarını kəsdirdilər. Hələki parikdən istifadə edə bilmirəm, çünki istidir”.

Qeyd edək ki, aktrisa ötən il xərçəng xəstəliyinə tutulub. Onun tamamilə sağaldığı deyilsə də, sonradan xərçəngin geri qayıtdığı üzə çıxıb.

///Axşam.az