Aİ liderləri razılığa gələ bilmədilər – Komissiyaya yeni sədr seçilmədibackend

Aİ liderləri razılığa gələ bilmədilər – Komissiyaya yeni sədr seçilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ölkələri Brüsseldə iyunun 21-də keçirilən sammit zamanı 2050-ci ilə qədər iqlimə mənfi təsir edən amilləri aradan qaldıran şəraitin yaradılması haqqında razılığa gələ bilmədilər.

Aİ Şərqi Avropa ölkələri və 28 ölkənin hökumət rəhbərlərinin etirazına görə, bu məqsədin prinsipial tərəfdarlığını təsdiqləyən ümumi bəyannamə ilə kifayətlənməli oldu.

İqlimə mənfi təsiri istisna edən şəraitin yaradılması ekologiyaya zərər vuran qazların böyük həcmdə havaya buraxılmasının qadağan edilməsini bildirir.

Bu məqsədə nail olmaq üçün kənd təsərrüfatında və sənayedə zərərli emissiyaların həcmini kəskin surətdə azaltmaq lazımdır.

Sammit iştirakçıları Aİ-nin indiki sədri Jan-Klod Yunker postunu təhvil verdikdən sonra, komissiyaya kimin rəhbərlik edəcəyi ilə bağlı da razılığa gələ bilmədilər.

Avrokomissiyanın yeni sədrinin seçilməsi məsələsinə Aİ-nin iyunun 30-da keçiriləcək növbədənkənar sammitində baxılacaq.

Qeyd edək ki, Avropa Xalq Partiyası bu vəzifəyə almaniyalı Manfred Veber, sosial-demokratlar hollandiyalı Frans Timmermans, liberallar isə danimarkalı Marqret Vestagerin namizədliyini irəli sürürlər.