Parisdə yaşayış binası yandı – Ölənlər var

12:16 | 22 İyun, 2019

Fransanın paytaxtı Parisin mərkəzində çoxmənzilli binada yanğın baş verib.

hadisə nəticəsində 3 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.

Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yanğın səhər saatlarında başlayıb. Son məlumatlara əsasən, yanğın lokallaşdırılsa da, qarşısı tam alınmayıb.

//Trend