backend

Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi – Təcili qan lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan “Vicdan haqqı” serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır.
Əldə etdiyimiz məlumata görə, aktyora “3+” rezurslu qan köçürülməlidir.
Aktyor yenicag.az-a açıqlamasında səhhətinin yaxşı olduğunu, lakin qanazlığından əziyyət çəkdiyini deyib:
” 5 gündür ki, palataya köçürülmüşəm. İndi yaxşıyam. Qanım az olduğu üçün ayağa duranda başım hərlənir. Qan vurulacaq”.

Cərrah Cəfər Nəsirli də saytımıza açıqlamasında aktyorun qanazlığından əziyyət çəkdiyini deyib:
“Əslində, İlham Hüseynovun əməliyyatdan öncə də qanazlığı problemi olub. Onun qana ehtiyacı var. Səhhəti yaxşıdır, iki-üç günə evə buraxılacaq”.