Bakıda 17 yaşlı qızı zorladılar

17:12 | 21 Avqust, 2019
Bakıda 17 yaşlı qıza təcavüz olunub.
Editor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “SOS” Uşaq Sığınacaq Birliyindən Xətai rayon Prokurorluğuna məlumat verilib. Bildirilib ki, Birliyə sığınan 2002-ci il təvəllüdlü H. B.-nı bu ilin iyul ayında zorlayıblar.
H. B. birliyə sığınmadan öncə küçələrdə gecələyib. Bu zaman Yadigar adlı şəxs gecə saatlarında rayonun Sadıqcan küçəsindəki ağaclıq sahədə onu qeyri-cinsi yolla zorlayıb.
Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.