“Röya toya yarımsaatlıq 8 min manata gedir”backend

“Röya toya yarımsaatlıq 8 min manata gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində bəzi sənətçilərin toy qiymətini açıqlayıb.

Editor.az ölkə.az-a istinadən bildirir ki, o, Miri Yusifin, Röyanın və Aygün Kazımovanın toya yarımsaatlıq getməyinin qiyməti haqqında danışıb.

Aparıcı bildirib ki, əməkdar artist Röyanın toyda 30 dəqiqə iştirakı üçün 8000 manat xərcə düşmək lazımdır.

Bundan başqa o, xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımovanın da bu qiymətə toya getdiyini söyləyib.
“Onlar da 6000-7000 manata 30 dəqiqəlik toyda iştirak edirlər”.

Sonda o, bu siyahıya Miri Yusifi də daxil edib. Onun sözlərinə görə, müğənninin toyda yarım saatlıq iştirakının qiyməti 6000 manatdır.