backend

Nazir: "Bakı-Tbilisi-Qars layihəsi işə düşəndən sonra böyük imkanlar açılacaq"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda dördüncü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Xəzərdən tranzit üzrə texniki komitənin iclasları keçirilib. Həm nəqliyyat nazirləri, həm dəmiryol qurumlarının rəhbərləri , həm də dəniz limanları rəhbərləri səviyyəsində iş aparılır. Əminəm ki, bu sahədə əməkdaşlıq ildən-ilə güclənəcək. Bakı-Tbilisi-Qars bitəndən sonra böyük imkanlar açılacaq”, – deyə nazir qeyd edib.
E. Məmmədyarov Türkmənistanda keçiriləcək zirvə görüşündən bir neçə gün əvvəl xarici işlər nazirlərinin bir araya gələcəyini, görüşdə 2015-2017-ci il üçün “Yol xəritəsi”nin nəticələri, o cümlədən 2018-2020-ci illərin bütün sahələr üzrə “Yol xəritələri” müzakirə olunacaq
//APA