Ramil Usubov rəisi işdən çıxardı

22:13 | 21 İyul, 2017

Biləsuvar rayonunun Səmədabad Polis Bölməsinin rəisi polkovnik-leytenant Əjdər Hacıyev vəzifəsindən azad olunub.
o, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat üzrə birinci müavini təyin olunub. Ə.Hacıyevin yerinə isə polkovnik-leytenant Arif Salmanov təyin olunub. O, bu vaxta qədər Neftçala Rayon Polis Şöbəsinin qərargah rəisi olub.
Daxili işlər nazirinin digər əmri ilə Biləsuvar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik-leytenant Mehman Abışov vəzifəsindən azad olunaraq, Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.
//report.az