backend

Bakıda kütləvi dava: Bıçaqlananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kütləvi dava olub.
Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun “20 Yanvar” stansiyası yaxınlığında 5 nəfər arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.
Dava zamanı 1978-ci il təvəllüdlü Qəribov Kamran İkram oğlu və Tural adlı şəxs bıçaq xəsarətləri alıblar. K.Qəribov xəstəxanaya yerləşdirilsə də, digər şəxs hadisə yerindən qaçıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.
///Report