31 yaşlı qadın tanışı tərəfindən bıçaqlandıbackend

31 yaşlı qadın tanışı tərəfindən bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1990-cı il təvəllüdlü Mustafayeva Şəlalə İman qızı tanışı tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.