‘’Prezident İlham Əliyevin xarici jurnalistlərə verdiyi cavablar onun siyasi gücünün sübutudur’’-Deputatbackend

‘’Prezident İlham Əliyevin xarici jurnalistlərə verdiyi cavablar onun siyasi gücünün sübutudur’’-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Cənab Ali Baş Komandan İlham Əliyevin Rusiyada ‘’İlin siyasətçisi’’ seçilməsini şərtləndirən ən başlıca amil onun yürütdüyü uğurlu daxili və xarici siyasətdir’’.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın ərazicə kiçik bir ölkə olmasına baxmayaraq, Prezident İlham  Əliyevin uğurlu addımları ölkəmizi bir daha dünya miqyasında tanıtdı: ‘’44 günlük böyük bir qələbəyə qədər  İlham Əliyev istər beynəlxalq tədbirlərdə, istər rəsmi səfərlərdə Dağlıq Qarabağ probleminə hər zaman toxunaraq Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırırdı. Artıq beynəlxalq hüquq normaları ilə tanınan torpaqlarımız isğaldan azad olundu. Bununla yanaşı, bütün dünya Azərbaycan xalqının nə qədər güclü, iradəli, qətiyyətli Prezidentinin olduğuna şahid oldu. Cənab Prezidentin bir sıra xarici  ölkələrin jurnalistləri ilə olan müsahibələri zamanı təmkinli, sakit, lakin hədəfə dəyən cavabları onun siyasi gücünün,qabiliyyətinin sübutudur’’.

Deputat əlavə edib ki, Cənab Ali Baş Komandan iqtisadi məsələlərdə, sosial məsələlərin həllində uğurlu gedişlər, 44 günlük zəfərin arxasında duran hərbi uğuru 5-ci nəsil müharibədə qələbənin memarı olmasına səbəb oldu.  Bu gün bütün bu faktorlar ona əsas verir ki,  İlham Əliyev  dünyanın 10 ən tanınmiş və güclü liderləri sırasındadır.

Gülnarə Abasova, Editor.az