” Tələbələri incitməyin”- Təhsil eksperti bəzi universitet rəhbərlərinə SƏSLƏNDİbackend

” Tələbələri incitməyin”- Təhsil eksperti bəzi universitet rəhbərlərinə SƏSLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Bəzi universitet rəhbərlərinə səslənirəm. Tələbələri az süründürün, az incidin. Əgər tələbə illik təhsil haqqını hazırda ödəyə bilmirsə, humanist yanaşın. Tələbəni təhsil haqqının qalıq hissəsini ödəyə bilmədiyi üçün imtahana buraxmamaq nə deməkdir? Bu hansı insanlığa sığır? Biz təhsil veririk ya tələbənin təhsildən qaçmasına şərait yaradırıq? Bu kimi amillər nəticəsində  abituriyentlər universitetə qəbul olandan sonra xaricə qaçmağa meyillənirlər”.

Editor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert universitet rəhbərlərindən tələbələr üçün güzəşt istəyib:

“Siz məgər bilmirsiniz ki, ölkə hələ də pandemiya dövründədir və ailələrin gəlirləri də əvvəlki tək deyil?
Tələbələri imtahandan kənarda saxlamaqla büdcənizə əlavə pul yığmaq istəyirsiniz. Kəsrə görə kredit borcu. Məsələyə bir az humanist yanaşıb tələbəyə yardım etməyə çalışsanız, müqaviləyə də diqqətlə nəzər yetirərsiniz ki, əksəriyyətində tələbələrin illik təhsil haqqını hissə-hissə ödəyə bilmə hüququ var. Zəhmət olmasa, tələbələri incitməyin. İmkan yaradın ən azı imtahanlarını versinlər və əvəzində isə II semestr başlananda qalıq hissə ödənişi tələb edin”.

E. Əfəndi onu da əlavə edib ki, əgər belə hal təkrar olarsa, növbəti dəfə konkret şikayət olunan ali təhsil müəssisəsinin adını qeyd edəcək ki, abituriyentlər də bundan sonra ali təhsil müəssisəsi seçimlərində diqqətli olsunlar.

//Gülnarə Abasova, Editor.az