Yaponiya rusiyalı şəxslərə və təşkilatlara qarşı sanksiyaları genişləndirirbackend

Yaponiya rusiyalı şəxslərə və təşkilatlara qarşı sanksiyaları genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Fumio Kişida Ukraynadakı müharibə ilə əlaqədar Rusiya fərd və təşkilatlarına qarşı sanksiyaları genişləndirəcəklərini bildirib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə baş nazir Kişida Avropa turnesinin son günündə Londonda mətbuata verdiyi açıqlamada deyib.

Kişida” G-7″ həmrəyliyinin əhəmiyyətini də diqqətə çəkib. Yaponiyanın baş naziri təxminən 140 nəfərin aktivlərini donduracaqlarını və Rusiya ordusuna bağlı 70 təşkilatın ixracına məhdudiyyətlər tətbiq edəcəklərini açıqlayıb. Qərara uyğun olaraq, Yaponiya hökuməti Rusiyaya qabaqcıl texnologiyalar, o cümlədən kvant kompüterləri də daxil olmaqla, malların ixracını qadağan edəcək.

//Gülnarə Abasova, Editor.az