Bu müğənnini tanıdınız? – Özünü elə dəyişdi ki, tanınmaz hala düşdü – FOTObackend

Bu müğənnini tanıdınız? – Özünü elə dəyişdi ki, tanınmaz hala düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Sevda Yahyayevanın instaqram hesabında yayımladığı fotoları müzakirələrə səbəb olub. 

Xanım müğənni son paylaşdığı fotolarında özünə bənzəməyib. Sevdanın eyni geyimdə və makiyajda “7 Canlı” verlişində qonaq olduğunu nəzərə alsaq, müğənninin efir görüntüsü ilə etdiyi paylaşımdakı görüntüsü arasında fərq açıq-aydın sezilir.

Buradan belə nəticə çıxır ki, Sevda instaqram paylaşımında fotoşopa geniş yer verib. Elə bu fərqi hiss edən sosial şəbəkə istifadəçiləri müğənninin paylaşımına “Şəkildə Sevdanı axtaran tək mənəm?”, “Heç tanımaq olmur, elə bildim başqa xanımdır”, “Axı Sevda deyil” kimi şərhlər yazıblar. Bəziləri isə onun fotoşopdan hədsiz istifadə etməsini tənqid ediblər.

Qeyd edək ki, Sevda ana olmağa hazırlaşır və hamiləliyinin son aylarını yaşayır.

Milli.Az