Paris meri Kiyevə gəlibbackend

Paris meri Kiyevə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris meri Ann İdalqo Kiyevə səfər edib və paytaxta 10 generator bağışlayıb.

Editor.az xəbər verir ki, o, bu barədə öz səhifəsində məlumat verib. İdalqo qeyd edib ki, o, Kiyev və Paris arasındakı dostluq əlaqələrini bu yolla nümayiş etdirmək istəyir, Ukraynanın göstərdiyi cəsarət hörmət tələb edir və Kiyev həmişə Avropanın dəstəyinə arxalana bilər.

Ann İidalqo artıq şəhər şurasının zalında da çıxış edib. Vitali Kliçko bildirib ki, hədiyyə edilən generatorlar məktəblərdə və istilik məntəqələrində quraşdırılacaq. Xatırladaq ki, Ann Hidalqo ilk dəfə Kiyevə 2022-ci ilin aprelində gəlmişdi. Martın 22-də Paris şəhər şurası simvolik olaraq Kiyevə “fəxri vətəndaş” statusu verib və bu status ilk dəfədir ki, digər ölkənin şəhərinə verilib.

//Samir Qurbanov,Editor.az