Zəlzələ proqnozunu verən alimdən İlber Ortaylıya cavab – VİDEObackend

Zəlzələ proqnozunu verən alimdən İlber Ortaylıya cavab – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən dəhşətli zəlzələlərdən əvvəl bu barədə proqnozlar verən professor, Elmlər Akademiyasının üzvü Naci Görür İlber Ortaylının onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.

Geoloq, tarixçinin TV100-də yayımlanan Candaş Tolqanın verilişində onun haqqında səsləndirdiyi “O, zəlzələni bilmişdi, bizim Cəlaldan (Cəlal Şengör) daha yaxşıdır” sözlərinə münasibət bildirib.

“Ölkəmizin yetişdirdiyi nadir torpaq bilicilərindən olan hörmətli Cəlal Şengörlə müqasiyə olunmaq məni ayrıca qürurlandırdı. Ancaq Cəlalın milli və beynəlxalq şöhrət və mövqeyi bizim xəyallarımızı bəzəyən bir mövzudur. Sevgiylə”, – alim qeyd edib. (publika)