Bu gün Qara dəniz qazının Türkiyə paylayıcı sisteminə vurulacağı gözlənilirbackend

Bu gün Qara dəniz qazının Türkiyə paylayıcı sisteminə vurulacağı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dəniz qazı bu gün Türkiyənin paylayıcı sisteminə vurulacaq.

Editor.az xəbər verir ki, 2020-ci ildə kəşf edilən Sakarya yatağından qaz tədarükü yerli vaxtla axşam saat 20.23-də başlayacaq.

Bu vaxt təsadüfən seçilməyib – bu, Türkiyə Cümhuriyyətinin yaranmasının yüz illiyini qeyd etdiyi cari ili simvollaşdırır. Qaz əvvəlcə dövlət neft şirkəti “Filyos”un obyektlərinə gedəcək və burada BOTAŞ standartlarına uyğun emal ediləcək. Daha sonra şirkətin baş qaz ölçmə məntəqəsinə, oradan isə ölkənin qazpaylayıcı şəbəkəsinə axacaq. Türkiyə sakinləri mayın ilk iki həftəsində Qara dəniz qazından istifadə edə biləcəklər.

  //Samir Qurbanov,Editor.az