Entoni Blinken: Ukrayna yaxın həftələrdə əks hücuma başlayacaq, görək bundan nə çıxacaqbackend

Entoni Blinken: Ukrayna yaxın həftələrdə əks hücuma başlayacaq, görək bundan nə çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın əks-hücum əməliyyatı hazırlanır və döyüş meydanında əldə edilən uğurlar ədalətli sülhü yaradacaq danışıqları irəli apara bilər.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken “Fox News”a müsahibəsində bildirib. Blinken qeyd edib ki, Rusiya Ukraynada o dərəcədə uğursuzluğa düçar olub ki, Ukraynanı xəritədən silmək, Rusiyaya daxil etmək, müstəqil dövlət kimi mövcudluğunu aradan qaldırmaq kimi ilkin məqsədinə nail ola bilməyib.

O qeyd edib ki, ukraynalılar qarşıdakı həftələrdə əks-hücum həyata keçirməyi planlaşdırır, bunun uğuru Rusiya ilə danışıqların aparılması imkanını müəyyənləşdirir və bu danışıqlar “ədalətli sülh”lə yekunlaşa bilər. “Biz bilirik ki, ukraynalılar qarşıdakı həftələrdə əks-hücum planlaşdırır.

Görək bundan nə çıxacaq (əks-hücumdan – red.)”, – ABŞ dövlət katibi bildirib. Blinken Çinin sülhün əldə edilməsində mümkün rolunu da şərh edib. “Düşünürəm ki, biz sülhü təşviq etmək üçün məsuliyyətli səylər göstərən istənilən ölkəyə açığıq və bu, bir neçə şeydən başlayır. İlk növbədə, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin təhlükə altında olması istənilən sülh sazişinin əsası olmalıdır”, – diplomat bildirib. Onun sözlərinə görə, sülhün möhkəmləndirilməsində iştirak edən hər kəsin Ukrayna tərəfi ilə birbaşa əlaqə saxlaması çox vacibdir.

  //Samir Qurbanov,Editor.az