Hərbi Prokuror Xanlar Vəliyevin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri Türkiyə Televiziyasında – VİDEObackend

Hərbi Prokuror Xanlar Vəliyevin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri Türkiyə Televiziyasında – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Hərbi Prokurorluğunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Türkiyənin Ulusal Kanal Televiziyasında bu tədbir barədə ayrıca süjet yayımlanıb. Süjetdə Ulu Öndər Heydər Əliyevin ömür yolu və Azərbaycan dövlətçiliyi uğrunda fəaliyyəti barədə danışılıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin Ulu Öndər Heydər Əliyevlə bağlı etdiyi xatirələri süjetdə geniş işıqlandırılıb.

Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Süjet televiziya tamaşaçıları tərəfindən maraqla izlənib.