ABŞ Azərbaycan banklarına sanksiya tətbiq edəcək?- Millət vəkilindən AÇIQLAMAbackend

ABŞ Azərbaycan banklarına sanksiya tətbiq edəcək?- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın maliyyə Nazirliyi Rusiyanın “Mir” ödəniş sistemindən istifadə edənlərə xəbərdarlıq edib. Nazirlik bu sistemi tətbiq edən banklara sanksiya tətbiq ediləcəyini bildirib.

Azərbaycanın Rusiya ilə iqtisadi əməkdaşlığını nəzərə alsaq, Azərbaycan bankları sanksiyalara məruz qala bilər?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Rusiyadan əvvəl İrana da sanksiyalar tətbiq olunmuşdu:

“İranla Azərbaycan arasında da iqtisadi əlaqələr kifayət qədər böyük idi. Sanksiya tətbiq edilən dövrdə iqtisadi əlaqə təxminən yarım milyard dollar idi. Amma Rusiya ilə Azərbaycan arasında sözügedən iqtisadi əlaqə 3.1 milyard dollardır. Həm də Rusiya Azərbaycanın ən böyük idxalçı ölkə tərəfdaşıdır. Amma Azərbaycan bankları birmənalı şəkildə qəbul edilmiş qlobal qaydalara riayət edərək fəaliyyət göstərirlər. Azərbaycan bankları İrana qarşı sanksiyalar qəbul edilən vaxtlarda da həmin qaydalara əsaslanırdı. Bu kontekstdən Azərbaycan banklarına qarşı hansısa qadağalar tətbiq olunmamışdı. İndiki halda da Azərbaycan tərəfindən beynəlxalq qaydalara uyğun olaraq fəaliyyətlər həyata keçirilir. Rusiya ilə də əməkdaşlıq qorunur”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan banklarına sanksiya tətbiq edilməsi təhlükəsi yoxdur:

“Mərkəzi Bank tərəfindən də proses nəzarətdədir. Amma Azərbaycan bankları da Rusiya ilə ticarət əlaqələrinin maliyyə baxımından dəstəklənməsini həyata keçirir. Onu da qeyd edim ki, qlobal qəbul edilmiş qaydalara əsasən Azərbaycan Rusiya ilə əməkdaşlığı davam etdirir”.

 
//Safura Bənnayeva, Editor.az