ABŞ-dan İranın neft və neft-kimya ticarətinə qarşı yeni sanksiyabackend

ABŞ-dan İranın neft və neft-kimya ticarətinə qarşı yeni sanksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası İranın neft və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyaya satışı ilə məşğul olan 8 şirkəti sanksiyalar siyahısına əlavə edib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada bildirilib. Sanksiyaların İranın neft və neft-kimya ticarətini asanlaşdıranları hədəf aldığı qeyd edilib. Açıqlamada, İranın yüz milyonlarla dollar dəyərində neft və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyada son istifadəçilərə satışı ilə məşğul olan şirkətlər şəbəkəsinə qarşı sanksiyaların tətbiq edildiyi bildirilib. Eyni zamanda, o da qeyd olunub ki, bu şirkətlər İran, Honq-Konq, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində yerləşdirilib.

Digər tərəfdən ABŞ Dövlət Departamenti İran neftinin saxlanması və İran neft məhsullarının daşınması ilə məşğul olan Çində yerləşən iki şirkətə sanksiya tətbiq ediləcəyini açıqlayıb. ABŞ dövlət katibi Entoni Blinken verdiyi açıqlamada İranın Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) pozaraq nüvə proqramını sürətləndirməyə davam etdiyini, neft və neft-kimya məhsullarının satışına qarşı sanksiyaları davam etdirəcəklərini bildirib.

//Gülnarə Abasova, Editor.az