ABŞ-dan Rusiayaya daha bir zərbəbackend

ABŞ-dan Rusiayaya daha bir zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə günü ABŞ Senatı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı hərəkətlərinə görə Rusiyanı terrorizmin himayədarı elan etməyə çağıran qətnaməni yekdilliklə təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb. Analoji sənəd Nensi Pelosinin spiker olduğu Nümayəndələr Palatasına təqdim olunub, hansı ki, burada onun keçməsində heç bir problem gözlənilmir. Bununla belə, bir dövləti terrorizmin sponsoru kimi elan etmək səlahiyyəti Dövlət Departamentinə aiddir. Qətnamənin Senat tərəfindən qəbul edilməsi Konqresdən Bayden administrasiyasına Rusiyanı Kuba, Şimali Koreya, İran və Suriyanın da daxil olduğu “terrorizmin sponsorları” dövlətlər siyahısına əlavə etmək üçün təzyiqləri daha da artıracaq. Senatın qəbul etdiyi sənəddə deyilir: “Rusiya Federasiyasının silahlı qüvvələri günahsız mülki şəxslərə qarşı çoxsaylı edamlar həyata keçirib və onların kimliklərini bütün Ukrayna ərazisində kütləvi məzarlıqlar yaratmaqla ört-basdır etməyə çalışıblar”. Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət katibi Entoni Blinkenə müraciət edərək Rusiyanı terrorizmin dövlət himayədarı elan etməyə çağırmışdı və əks halda bunu Konqresin edəcəyini bildirmişdi. Xatırladaq ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qəbul etdiyi qətnamədə Dövlət Departamentini Rusiyanı terrorizmin himayədarı olan dövlət kimi tanımağa çağırıb.

  Editor.az