ABŞ-dan Ukraynaya 300 milyon dollar yeni hərbi yardımbackend

ABŞ-dan Ukraynaya 300 milyon dollar yeni hərbi yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya müxtəlif silah sistemləri, xüsusilə də hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı da daxil olmaqla yeni hərbi yardım paketi elan edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

ABŞ ordusunun Ukraynaya öz inventarından yeni hərbi yardımlar edəcəyini açıqlayan Kirbi yeni paketə Patriot hava hücumundan müdafiə sistemləri, Stingers və Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) üçün əlavə sursatların daxil olduğunu qeyd edib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) da hərbi yardım paketinin 300 milyon dollar dəyərində olduğunu və minalardan təmizləmə avadanlığı, ölçülü artilleriya sursatlarını ehtiva etdiyini açıqlayıb.

Kirbi bildirib ki, onlar Ukrayna prezidenti Volodimir Zelenskinin 10 bəndlik sülh planını həyata keçirmək üçün ukraynalılarla işləyirlər. Digər tərəfdən Kirbi Ukrayna rəsmilərindən Rusiya ərazisinə hücum etməyəcəklərinə dair təminat aldıqlarını vurğulayıb.

//Safura Bənnayeva, Editor.az