Hindistanda fişəng zavodunda partlayış: 23 nəfər həyatını itirdibackend

Hindistanda fişəng zavodunda partlayış: 23 nəfər həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Tamil Nadu ştatında yerləşən hava fişəngi istehsalı zavodunda baş verən güclü partlayış nəticəsində ilkin məlumata görə 23 nəfər həyatını itirib.

Editor.az xəbər verir ki, Asian News International (ANI) agentliyinin yaydığı məlumata əsasən, hadisə Tamil Nadu ştatındakı müəssisələrdən birində qeydə alınıb.

Ştatın valisi N. Suxaputra bildirib ki, ölənlər arasında polis və yanğınsöndürmə xidmətinin əməkdaşları da var.

Onun sözlərinə görə, ağır yaralanan 6 nəfər reanimasiya şöbəsinə yerləşdirilib və zərərçəkənlərin müalicəsi davam etdirilir.

Hindistanın Baş naziri Narendra Modi sosial media hesabında paylaşım edərək, faciə nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.

//Gülnarə Abasova, Editor.az