Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiya və Sakit okean üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlərini, Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin regional məsələləri müzakirə ediblər.
“Asiya və Sakit okean üzrə BMT İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Anutin Çarnvirakul ilə görüşməkdən məmnun oldum.
Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – deyə C. Bayramov “X” hesabında qeyd edib.

