İran Prezidenti Pezeşkian Pakistanın Baş naziri Şəriflə telefonla danışdıbackend

İran Prezidenti Pezeşkian Pakistanın Baş naziri Şəriflə telefonla danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkian ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında atəşkəs gündəliyi ilə bağlı telefon danışığı olub.

Editor.az bu barədə İran mətbuatına istinadən xəbər verir.

Məlumata görə, danışıq zamanı Pezeşkian Pakistan tərəfinə sülhün təmin olunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. O, ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadasının atəşkəs rejiminin pozulması olduğunu vurğulayıb.

Pezeşkian bildirib ki, ABŞ diplomatiyaya xəyanət etmək niyyətindədir. O, həmçinin ölkəsinə qarşı mümkün yeni hücumun regional və qlobal nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Pakistanın Baş naziri Şahbaz Şərif isə ölkəsinin münaqişələrin dayandırılması və bölgədə sülhün bərqərar olunması istiqamətində atdığı addımlar barədə məlumat verib.

//Gülnarə Abasova, Editor.az