ABŞ İran əleyhinə hərbi əməliyyata 50 milyard dollardan çox vəsait xərcləyibbackend

ABŞ İran əleyhinə hərbi əməliyyata 50 milyard dollardan çox vəsait xərcləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın ümumi dəyəri 55,9 milyard dollara çatıb.

Editor.az xəbər verir ki, bu barədə İran Müharibə Xərclərinin Monitorinq Portalı məlumat yayıb.

Bildirilib ki, əməliyyatın başlanmasından 50 gün ötüb və bu müddət ərzində ABŞ-nin xərcləri qeyd olunan həddə yüksəlib.

Portal məlumatları real vaxt rejimində yeniləyir və şəxsi heyətin təminatı, bölgəyə göndərilən hərbi gəmilər, eləcə də digər əlaqəli xərclər üçün tələb olunan vəsaiti hesablayır.

Hesablama metodologiyası Pentaqonun Konqresə təqdim etdiyi hesabata əsaslanır. Həmin sənəddə qeyd olunub ki, əməliyyatın ilk altı günü 11,3 milyard dollara başa gəlib, sonrakı mərhələdə isə gündəlik xərclərin 1 milyard dollara çatacağı gözlənilir.

//Gülnarə Abasova, Editor.az