ABŞ Kiyevə yeni hərbi yardım paketini elan etdibackend

ABŞ Kiyevə yeni hərbi yardım paketini elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden mayın 21-də Yaponiyada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Editor.az bildirir ki, görüş zamanı Amerika lideri Kiyevə yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb. ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu, 2021-ci ilin avqust ayından bəri Müdafiə Nazirliyinin ehtiyatlarından Ukraynaya 38-ci hərbi texnik yardım paketidir.

Ümumilikdə, Ukrayna 375 milyon dollarlıq vəsait alacaq və Ukrayna bu vəsaiti döyüş meydanında Rusiyanın əsassız təcavüzkar müharibəsini dəf etmək üçün istifadə edəcək.

  //Samir Qurbanov,Editor.az