ABŞ-la Çin arasında konkret danışıqlar gedir: “Çin Rusiyanı asanlıqla gözardı edə bilər”backend

ABŞ-la Çin arasında konkret danışıqlar gedir: “Çin Rusiyanı asanlıqla gözardı edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Çin münasibətləri qarşılıqlı geosiyasi maraqlar kontekstində mümkün olur. Çin və Rusiya Sovet dövründə belə qarşı cəbhədə yer alıblar. Hətta qısa müddətli də olsa SSR ilə Çin arasında hərbi əməliyyatlar baş verib, hər iki tərəfdə itkilər olub”.

Bu fikirləri Editor.az-a açıqlama verən politoloq Natiq Miri bildirib.


Onun sözlərinə görə, indiki vəziyyətdə Rusiya və Çin NATO-ya, ABŞ-a qarşı dura bilmək üçün yaxınlaşıblar:

“Ancaq mahiyyət etibarilə bu ölkələr heç də bir-birini tamamlayan, qardaş, dost ölkələr deyil. Ona görə də ABŞ- Çin münasibətləri kontekstində istənilən zaman müəyyən geosiyasi bazarlıqlar fonunda çox rahatlıqla Rusiyadan üz çevirə bilər. Bu istiqamətdə ABŞ-la Çin arasında konkret danışıqlar da gedir. Ola bilsin ki, böyük iyirmilərin son sammitində  ABŞ və Çin görüşəcəkrl və bu görüşdə qarşılıqlı maraqlar kontekstində bir çox məsələlər müzakirə olunacaq. Rusiyanın gələcəkdə parçalanıb, bölünməsinə qədər bu məsələlər müzakirə predmeti ola bilər. Rusiya getdikcə NATO və ABŞ üçün o qədər də böyük təhlükə vəd etmir. Çünki Rusiyanı istədikləri tələyə, Ukrayna bataqlığına sala biliblər. İndi çapaladıqca Rusiya daha çox batmağa davam edir. Bu da Rusiyanın həm hərbi gücünü, həm də iqtisadi gücünü getdikcə tükəndirir. Əsas məqsəd də elə budur”.

Politoloqun fikrincə, bütün enerjisi tükəndikdən sonra artıq Rusiyada mərkəzdənqaçma prosesi baş verə bilər:

“Seperatizm yönündə Rusiyanın müəyyən bölgələrinə toxumlar da səpilir. Çinin geosiyasi və geoiqtisadi maraqlarına uyğun olan arzuları təmin olunduğu təqdirdə Rusiyadan asanlıqla imtina edə bilər. Bu məsələnin daxilində Tayvan və Rusiyanın müəyyən bölgələri var. ABŞ və ABŞ-ın Asiyada yaratdığı müəyyən güc mərkəzləri, birliklərin Çinə qarşı zərərli olmaması ilə bağlı zəmanət verilərsə, Rusiya çox rahatlıqla Çin tərəfindən gözardı edilə bilər. Çünki Çinin son illərdə iqtisadi cəhətdən artımına rəğmən bu gün iqtisadi geriləməsi müşahidə olunur. Əgər başda ABŞ olmaqla, Avro-Atlantik məkan bu məsələni tətikləsə Çinin iqtisadi, maliyyə yönündə itkiləri daha da çoxalacaq. Ona görə Çinin də ABŞ-la anlaşmaya ehtiyacı var. Bu cür anlaşmalar olarsa, Rusiya asanlıqla gözardı oluna bilər”.

//Safura Bənnayeva, Editor.az