Aeroport yolundakı qəza tıxaca səbəb oldu – Fotobackend

Aeroport yolundakı qəza tıxaca səbəb oldu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qədər əvvəl hava limanı şossesində bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi qeydə alınıb.

Editor.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında baş verib. Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

Rəsmi məlumata görə, digər bir qəza da hava limanı istiqamətində olub. Baku “Expo” mərkəzi yaxınlığında Ford markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur.