Ağ Ev: “Uçan naməlum obyektlərə dair heç bir sübut yoxdur”backend

Ağ Ev: “Uçan naməlum obyektlərə dair heç bir sübut yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ naməlum uçan obyektləri (UFO) vurmağa davam edir.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ağ Ev ABŞ hava məkanına daxil olan və naməlum uçan obyekt (UFO) mübahisəsinə səbəb olan məsələlərlə bağlö açıqlama verib.

Ağ Evin sözçüsü Karin Jan-Pye ə Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Ağ Evdə keçirilən görüşdə başqa planetlərdən Yerə gələn cismə dair heç bir əlamətinin olmadığına əmin olduqlarını bildiriblər:

“Şimali Amerika üzərində müşahidə edilən UFO-ların bu yaxınlarda vurulmasında yadplanetlilərin fəaliyyətinə dair heç bir dəlil yoxdur. Bilirəm ki, bununla bağlı suallar və narahatlıqlar var, lakin bununla bağlı heç bir əlamət yoxdur”.

“Prezident Bayden vəzifəyə gələndə ABŞ kəşfiyyat cəmiyyətinə Çin kəşfiyyatının imkanlarını hərtərəfli qiymətləndirməyi, onları aşkar edib qorumağı tapşırmışdı. Etdiyimiz işlərin həssaslığına görə təfərrüatlara girə bilməyəcəyik, lakin biz müəyyən etdik ki, Çinin əvvəlki administrasiya dövründə hərbi əməliyyatları ilə bağlı kəşfiyyat məlumatı toplamaq üçün yüksək hündürlükdə casus şar proqramı var. Biz çox diqqətlə araşdırma aparırıq”,- deyə Kirbi bildirib.

//Safura Bənnayeva, Editor.az