Ağsuda yeniyetmə amansızlıqla döyüldübackend

Ağsuda yeniyetmə amansızlıqla döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsuda 14 yaşlı yeniyetmə həmkəndlisi tərəfindən döyülüb.

“Report” xəbər verir ki, hadisə Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu aralarında yaranan mübahisə zəminində həmkəndlisi tərəfindən döyülərək ağır xəsarətlər alıb. N.Məmişov əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Yeniyetməyə xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.