Ana və oğul qəzaya düşüb, ölən var – FOTObackend

Ana və oğul qəzaya düşüb, ölən var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran şəhərində iki avtomobil toqquşub, ölən və yaralılar var.

Editor.az “report”a istinadən bildirir ki, hadisə şəhərin H. Əliyev prospektində baş verib.

Belə ki, “Tofaş” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılardan biri hadisə yerində dünyasını dəyişib.

Digər yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub.

İki avtomobilin toqquşması nəticəsində Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərova Sevinc Ağamehdi qızı vəfat edib.

Səfərova Sevincin oğlu, 2002-ci il təvəllüdlü Səfərli Şəkər Samir oğlu isə ağır xəsarət alıb. Üçüncü yaralı, Lənkəran rayon Digah kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Akşin Manaf oğlunun vəziyyəti isə kafidir.