Araik Rusiya sülhməramlıları və İrəvanı İFŞA ETDİ: Qarabağda cəmi 35 min erməni var!backend

Araik Rusiya sülhməramlıları və İrəvanı İFŞA ETDİ: Qarabağda cəmi 35 min erməni var!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın qərargahında olduğu üçün Xankəndidə etirazla qarşılaşan separatçıların başçısı Araik Arutyunyan iyunun 22-də özü də bilmədən ciddi bir faktı etiraf edib.

Editor.az xəbər verir ki, Xankəndidən Nikol Paşinyanın İrəvandakı qərargahına getməsinin səbəblərini izah etməyə çalışan Araik Qarabağdakı erməniləırin Ermənistana möhtac olduqlarını deyib.

“Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” deyən separatçıların başçısı bununla Paşinyana dəstəyini izah etməyə çalışıb.

Bununla da Araik Arutyunyan hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə 35 min erməninin yaşadığını etiraf edib.

Halbuki, Rusiya Müdafiə Nazirliyi və separatçıların daha əvvəl yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilirdi.

Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə 52700 erməninin Qarabağa qaytarıldığını bildirmişdi.

Xankəndidəki separatçılar və rəsmi İrəvan isə hətta bir qədər də irəli gedərək, 105 min erməninin Qarabağa qayıtdığını iddia edirdi.

Araik Arutunyan 35 min rəqəmini səsləndirməklə həm Rusiya Müdafiə Nazirliyinin, həm də rəsmi İrəvanın yalanını ifşa edib./Modern.az