Avropa İttifaqı İrana qarşı sanksiyaları sərtləşdirirbackend

Avropa İttifaqı İrana qarşı sanksiyaları sərtləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı İrana qarşı sanksiyaların dördüncü mərhələsini hazırlayır.

Editor.az bildirir ki, bu barədə İtaliya parlamentinin hər iki palatasının beynəlxalq məsələlər üzrə komissiyalarının iclasında çıxış edən İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib: “Aİ Xarici İşlər Nazirləri Şurası tərəfindən Məsha Əmininin ölümünə və etirazların amansızcasına basdırılmasına görə məsuliyyət daşıyan İran təşkilatlarına və şəxslərə qarşı üç paket qəbul etdik.

Biz sarsılmaz qınaq siqnalı göndərməyə davam etmək üçün dördüncü paket üzərində işləyirik”.

Xarici işlər naziri həmçinin qeyd edib ki, İtaliya hökuməti İranı edam hökmlərinin icrasını dərhal dayandırmağa çağırır: “Hakimiyyət repressiv hərəkətlərini və ölüm hökmünün tətbiqini davam etdirir, bu da konstruktiv dialoqun bərpasını çətinləşdirir”, – Tayani deyib.

//Samir Qurbanov,Editor.az