Avropa Komissiyası 2027-ci ildə Ukraynanın iqtisadiyyatını və müdafiə qabiliyyətini dəstəkləmək məqsədilə 45 milyard avro (təxminən 49,4 milyard dollar) həcmində əlavə kredit cəlb etməyi təklif edib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin açıqlamasına əsasən, maliyyə vəsaitinin 20 milyard avrosu Ukraynanın iqtisadi ehtiyaclarına, 25 milyard avrosu isə hərbi müdafiəsinə yönəldilə bilər.
Layihəyə əsasən, kreditlərin qaytarılması Rusiyanın Ukraynaya vurduğu ziyana görə reparasiya ödəməsindən sonra nəzərdə tutulur.
Təklifin maliyyələşdirilməsində dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən də istifadə edilməsi planlaşdırılır.
Bununla belə, Macarıstan, Slovakiya və Çexiyanın hərbi dəstək məsələsində əvvəlki mövqelərini qoruyub saxlaması layihənin razılaşdırılmasını çətinləşdirə bilər.
//Samir Qurbanov, Editor.az

