ABŞ Prezidenti Donald Trampın Çinə səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyi məlum olub.
Editor.az xəbər verir ki, Associated Press-in ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, görüş cümə axşamı baş tutmalıdır. Bu, iki liderin ötən il Alyaskada keçirilən danışıqlarından sonra ilk ikitərəfli görüşü olacaq.
Bundan əlavə, Tramp, Putin və Çin lideri Si Cinpin arasında üçtərəfli görüş də planlaşdırılır.
Trampın gündəliyində Ukraynadakı müharibənin dayandırılması və nüvə silahlarına nəzarət məsələlərinin müzakirəsi də yer alır. Bununla belə, ekspertlər görüşdən ciddi diplomatik nəticələr əldə olunacağına ehtiyatla yanaşırlar.
//Samir Qurbanov, Editor.az

