Tramp, Putin və Si Cinpin arasında tarixi görüş gözlənilir: Ukraynanın taleyi müzakirə mövzusu ola bilərbackend

Tramp, Putin və Si Cinpin arasında tarixi görüş gözlənilir: Ukraynanın taleyi müzakirə mövzusu ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 18-də Si Cinpin və Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində çıxış edərək Qərbin iqtisadi siyasətini və sanksiyalarını tənqid ediblər.

Çin lideri ticarət proteksionizminə qarşı mübarizənin vacibliyini vurğulayıb, Putin isə Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyalarının gözlənilən nəticəni vermədiyini bildirib.
Gözlənilən üçtərəfli görüşdə Ukrayna müharibəsi, İran ətrafında yaranmış vəziyyət, beynəlxalq ticarət, süni intellekt və nüvə təhlükəsizliyi məsələlərinin müzakirə olunacağı ehtimal edilir.

Avropa ölkələrində isə bu görüşlə bağlı narahatlıq mövcuddur. Xüsusilə Ukraynanın gələcəyinə dair qərarların Kiyevin və Avropa dövlətlərinin iştirakı olmadan müzakirə edilməsi ehtimalı ciddi suallar doğurur.

//Samir Qurbanov, Editor.az

//