İranın ABŞ hərbi obyektlərinə qarşı hücumları Körfəz regionunda gərginliyi artırırbackend

İranın ABŞ hərbi obyektlərinə qarşı hücumları Körfəz regionunda gərginliyi artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə İranla ABŞ və onun regiondakı müttəfiqləri arasında hərbi qarşıdurma yeni mərhələyə qədəm qoyub.
İran ordusu Küveytdə yerləşən Əli əl-Salem aviabazasındakı ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.

Küveyt hərbi qüvvələri hava hücumundan müdafiə sistemlərinin düşmən PUA-larına qarşı fəaliyyət göstərdiyini bildirsə də, aviabazaya birbaşa zərbə endirildiyini təsdiqləməyib.

Bəhreyn hakimiyyəti isə ölkəyə istiqamətlənən bir neçə hava hücumunun qarşısının alındığını açıqlayıb. Bundan əvvəl İranın İnqilab Keşikçiləri Korpusu Bəhreyndə yerləşən ABŞ radar sistemini hədəf aldığını bildirmişdi.
ABŞ hərbi rəsmilərinin məlumatına görə, Amerika aviasiyası İranın Qeşm adasında yerləşən raket buraxılış məntəqəsinə zərbə endirib.

Gərginliyin əsas səbəblərindən biri Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı fikir ayrılıqlarıdır. Bu marşrut dünya enerji tədarükü baxımından strateji əhəmiyyət daşıyır.

//Samir Qurbanov, Editor.az