İran Küveytdəki ABŞ hərbi bazasına və Bəhreynə hücum edibbackend

İran Küveytdəki ABŞ hərbi bazasına və Bəhreynə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ-ın bölgədəki hərbi əməliyyatlarına cavab olaraq Fars körfəzi ölkələrinə qarşı hücumlarını genişləndirib.

Editor.az xeber verir ki, Associated Press-in məlumatına görə, İran qüvvələri Küveytdə yerləşən Əli əl-Salem hərbi hava bazasını və Bəhreyndəki bir sıra obyektləri hədəfə alıb.

Hücumların ABŞ-ın İranın Qeşm adasında yerləşən raket buraxılış məntəqəsinə endirdiyi zərbədən sonra baş verdiyi bildirilir.

Küveyt tərəfi hava hücumundan müdafiə sistemlərinin pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini açıqlayıb. Bəhreyn isə bir neçə hücumun qarşısının alındığını bildirib.
Gərginliyin artması regionda genişmiqyaslı hərbi qarşıdurmanın yenidən başlanması riskini yüksəldir. Eyni zamanda, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və beynəlxalq neft daşımaları ilə bağlı narahatlıqlar artır.

//Samir Qurbanov, Editor.az