Azərbaycanda ağır qəza: Ölənlər arasında azyaşlılar varbackend

Azərbaycanda ağır qəza: Ölənlər arasında azyaşlılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda baş verən avtomobil qəzasında üç nəfər ölüb, iki nəfər xəsarət alıb.

Oxu.Az-ın məlumatına görə, Yuxarı Salahlı-Kəmərli avtomobil yolunda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Sənan Dərgahquliyev, onun azyaşlı oğlu və azyaşlı bacısı oğlu həlak olub.

Daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, rayonun Yuxarı Salahlı kəndində iki avtomobil toqquşub. Qəza nəticəsində üç nəfər aldığı xəsarətlərdən həyatını itirib.

Həlak olan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.